Bu gün:


ABŞ-dan Türkiyə ilə bağlı şok layihə

Tarix: 23.10.2021 / 11:15  •   Oxundu: 107 dəfə  •  

Türkiyədə Cümhuriyyətin elan edilməsinin 98-ci ildönümü ilə əlaqədar ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə qanun layihəsi təqdim edilib.

Layihənin müəllifi Demokratlar Partiyasından olan konqresmen Stiv Kohendir.
 
“Türkiyə Cümhuriyyəti xalqı və bütün dünyada yaşayan amerikalı türklərin Cümhuriyyət bayramının 98-ci ildönümünü təbrik edirik”, - layihədə bildirilib.
 
Qanun layihəsində cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk “müasir Türkiyənin uzaqgörən lideri” adlandırılıb.
 
Qanun layihəsində Türkiyə Cümhuriyyətinin vətəni olan Anadolunun min illərdir sivilizasiyanın beşiyi olduğu vurğulanıb. Eyni zamanda, qeyd olunub ki, ABŞ-ın qurucu ataları Amerika konstitusiyasını hazırlayarkən, Türkiyə (Osmanlı) ilə məsləhətləşib.
 
“83 milyon 600 min əhalisi ilə dünyanın Şərqi və Qərbi arasındakı kritik bölgədə yerləşən Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ikinci ən böyük ordusuna komandanlıq edir və terrorizmlə mübarizədə regional proseslərdə, enerji xətlərinin şaxələndirilməsi, qlobal təchizat zəncirlərinin qurulması, narkotiklərin və insan alverinin qarşısının alınmasında ABŞ-la müttəfiqdir”, - layihədə bildirilib.
 
Qanun layihəsində Türkiyənin İŞİD və PKK kimi terror təşkilatlarına qarşı fəal mübarizə apardığı deyilib.