Bu gün:


Dünyaya rəzil oldular

Tarix: 26.10.2021 / 14:43  •   Oxundu: 132 dəfə  •  

Çin və Tayvan arasında gərginlik artır.

İDEAL Media.az xəbər verir ki, gərginliyin artması Tayvan ordusunda da gərginlik yaradıb. Hərbçilər ordudan yayınmaq üçün müxtəlif yollara əl atır. ABŞ-ın “Wall Street Journal” nəşrinin məlumatına görə, bəzi hərbçilər bilərəkdən çox yeyərək, kökəlməyə çalışır.

Çünki, Tayvan ordusunda çəkisi normadan dəfələrlə artıq olanların xidmət keçməsinə icazə verilmir. Məlumata görə, son illərdə ordu sıralarındakı hərbçilərin sayında azalma baş verib. Əsgərlərin döyüşmək əhval-ruhiyyəsi isə aşağıdır. Bu təlimlər zamanı da hiss olunur.