Bu gün:


Çin Talibandan xahiş etdi

Tarix: 27.10.2021 / 10:13  •   Oxundu: 90 dəfə  •  

Talibanın qurduğu müvəqqəti hökumətin Əfqanıstanı yenidən inşa etmək səylərinə dəstək verəcəyik.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.

O bildirib ki, rəsmi Pekin Əfqanıstanda sabitliyin bərpa olunmasına töhfə verməyə hazırdır:
“Beynəlxalq ictimaiyyət Talibanla rasional və praqmatik tərzdə əlaqə qurmalıdır. ABŞ da həmçinin sanksiyaları ləğv etməlidir”.

Çinli nazir eyni zamanda Talibandan Şərqi Türküstan İslami Hərəkat və digər radikal qruplaşmaların Çinin təhlükəsizliyinə təhdid yaratmasının qarşısını almasını xahiş edib.