Bu gün:


Pakistan MÜHÜM ANLAŞMANI elan etdi

Tarix: 10.11.2021 / 14:35  •   Oxundu: 126 dəfə  •  

Pakistanın İnformasiya Nazirliyi hökumət və “Taliban”ın bu ölkədəki qruplaşması "Pakistan Təhriki Taliban" arasında tam atəşkəs razılığı əldə edildiyini təsdiq edib.

İDEAL Media.az xəbər verir ki, açıqlamaya görə, razılaşma Əfqanıstandakı “Taliban” hökumətinin dəstəyi ilə baş tutub. Məlumata görə, tərəflər arasında danışıqlar hələ davam edir. Nazirliyin açıqlamasına görə, atəşkəs razılaşması Pakistanın qanunlara və konstitusiyasına uyğun olacaq. "Pakistan Təhriki Taliban" qruplaşması hələlik məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, "Pakistan Təhriki Taliban" qruplaşması Əfqanıstanla sərhəd bölgələrdə fəaliyyət göstərir. Terrorçular 2007-ci ildən bəri tez-tez Pakistan hərbçilərini və polisini hədəf alırdı.