Bu gün:


“Biz Avropada, Azərbaycan Qafqazda tək qaldı”

Tarix: 12.11.2021 / 16:37  •   Oxundu: 75 dəfə  •  

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçirilir.
 
Toplantının Türk dünyası üçün hansı mesajları olacaq?
 
Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar bildirib ki, Türk dövlətləri artıq dünyada yeni bir sistem yaradır:
 
“Özəlliklə son zamanlarda dünyanın qarşı-qarşıya qaldığı geosiyasi vəziyyət var. Bu vəziyyət yeni birliklər, ittifaqlar yaradır. Həmin birliklər isə yeni işbirliklərinin arxasınca gedir. Artıq masa üzərində qalmışv razılaşmaların nəticə vermədiyini açıq şəkildə görürük. Ona görə də bu, ən vacib geosiyasi birliklərindən biridir. Türk Dövlətlər Birliyi ad dəyişikliyi ilə birlikdə çox yaxşı yerlərə gedə bilər. Əslində burada Qarabağ Müharibəsinin verdiyi böyük ilham da çox şeyi həll edir. İki qardaş bir araya gəldiyində necə bir qələbə qazandığını hamı gördü. İndi beş, altı, yeddi qardaş bir araya gələrsə, nələr ola bilər, kim bilir”.
 
Ekspert birliyin digər ölkə birliklərindən fərqinə də toxunub.
 
“Bu strukturun ən təməl xüsusiyyəti bir-birini istismar etməkdən uzaq olmağıdır. Qarşılıqlı mənfəətə, ortaq kimliyə əsaslananı bir işbirliyi olacaq. Bura həm hərbi, siyasi, iqtisadi dəyərlər də aiddir. Ortaya qoyulan planlar gələcək dünyaya öz damğasını vura bilər. Mənim çıxardığım nəticə budur ki, keçmişdə Şah İsmayıl və Sultan Səlim müharibə etdilər, bu, bütün dünyanın geosiyasətinə təsir etdi. Biz Avropada, Azərbaycan Qafqazda tək qaldı. Qazandığımız bütün torpaqları itirdik. İndi iki yüz il sonra bir araya gəldikdən sonra ilk dəfə Qafqazda torpaqlar qazandıq. Bu, çox vacib bir addımdır. Əslində bu birlik Türk dünyası üçün məcbur atılmalı addımdır”.