Reznikov: Yenə "Bayraqdar" alıb, tətbiq edəcəyik
Tarix: 13.11.2021 / 10:10 •
Oxundu: 93 dəfə •
Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün daha bir partiya "Bayraqdar" PUA-sı alacaq.
İDEAL Media.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov deyib.
"Türkiyəli tərəfdaşlarımız "Bayraqdar"ın istehsalı üçün Ukrayna mühərrikləri aldıqlarını açıq şəkildə elan etdilər. Növbəti il daha bir partiya PUA almağı planlaşdırırıq. Amma vurğulayım ki, bunlar Ukrayna "Bayraqdar"ı olacaq. Yəni Türkiyədə istehsal olunsa da, Ukrayna Silahlı Qüvvələrinin xidmətində olacaq. Onlar tətbiq olunacaq, çünki biz müstəqilliyimizi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq müdafiə etməliyik", - Reznikov söyləyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 26 oktyabrda ilk dəfə olaraq “Bayraqdar”dan Donbasda düşmən haubitsasını məhv etmək üçün istifadə edib. Bundan sonra müəyyən dairələr Türkiyəyə etirazını bildirib, rəsmi Ankara isə satılan "Bayraqdar"ların artıq Türkiyə malı olmadığını bəyan edib.