Bu gün:


“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…”

Tarix: 13.11.2021 / 14:52  •   Oxundu: 209 dəfə  •  

“Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbara Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru atılacaq”.

"Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu sözləri “Sasna Tsrer” partiyasının radikal qruplaşmasının nümayəndəsi Vaan Avakyan deyib.
 
O, Şuşa şəhəri yaxınlığında hərbçilərimizə qumbara atan erməni terrorçusunu sülhməramlıların Azərbaycana təhvil verəcəyi təqdirdə Rusiya tərəfini hədələyib.
 
Təsdiqlənməmiş məlumatlara görə, sülhməramlılar, artıq saxlanılan şəxsi Ermənistan tərəfinə təhvil veriblər. Rəsmi Bakı, hələlik vəziyyəti şərh etməyib.
 
Xatırladaq ki, “Sasna Tsrer” ümumerməni partiyası 2016-cı ildə İrəvandakı Erebuni rayonunda 9 polisi girov götürməklə yadda qalan terror təşkilatıdır.