Bu gün:


Batya hədələdi, Putin “mütləq danışacam” dedi

Tarix: 15.11.2021 / 11:52  •   Oxundu: 171 dəfə  •  

Nəzəri cəhətdən Lukaşenko tranzit ölkə prezidenti kimi bizim Avropaya qaz tədarükümüzü kəsmək barədə göstəriş verə bilər. Baxmayaraq ki, bu, tranzit müqaviləmizin pozulmasına səbəb olardı. Ümid edirəm ki, bu, belə olmayacaq.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Putin qeyd edib ki, Aleksandr Lukaşenko onunla son söhbətində qazın dayandırılması barədə danışmayıb:
“Belarus rəhbəri ilə bu barədə mütləq danışacam”.

Rusiya dövlət başçısı ölkəsinin daha əvvəllər də belə problemlərlə üzləşdiyini bildirib:
“Ancaq bu, Ukrayna ilə bağlı idi. 2008-ci ildə biz böhranla üzləşdik. Qazın qiyməti və onun tranziti ilə bağlı sonsuz mübahisələr üzündən ukraynalı dostlarımızla mən müqavilələrin əsas parametrləri barədə razılığa gələ bilmədim”.

Qeyd edək ki, Aleksandr Lukaşenko Avropanı ölkəsinə qarşı sanksiya tətbiq etməzdən əvvəl bu ölkə ərazisindən keçən qaz kəməri və malların tranziti barədə düşünməyə çağırıb.