Bu gün:


Türkiyə ordusunun mayoru şəhid oldu

Tarix: 24.11.2021 / 08:11  •   Oxundu: 71 dəfə  •  

Suriyada “Barış Pınarı” əməliyyatı bölgəsində yaralanaraq xəstəxanaya yerləşdirilən mayor Mete Yıldırım şəhid olub.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”, - nazirliyin başsağlığında qeyd edilib.