Bu gün:


"Zəngəzuru verməsək Azərbaycan güc tətbiq edəcək"

Tarix: 26.11.2021 / 14:08  •   Oxundu: 126 dəfə  •  

Sünikin (Zəngəzurun) meri ilə görüşən Ermənistanın Baş nazirinin söhbət zamanı dedikləri üzə çıxıb.

Paşinyan deyib ki, bizi 30 ildir aldadıblar, “Arsax” Azərbaycanındır.

İDEAL Media.az xəbər verir ki, bu dialoq barədə Ermənistanın “Hraparak” məlumat yayıb. Paşinyan söhbət zamanı deyib ki, Ermənistan yolları bağlaya, Zəngəzuru Naxçıvanla bağlayan yolu verməyə bilməz. Hökumət başçısı etiraf edib ki, o, razılaşmalara əməl etməsə Azərbaycan güc tətbiq edərək, istəyinə nail olacaq.

Paşinyan Azərbaycana müqavimət göstərmək üçün qüvvələrinin olmadığını etiraf edib.