Bu gün:


Kurum: Ərdoğanı daha 20 il prezident edəcəyik

Tarix: 05.12.2021 / 09:09  •   Oxundu: 77 dəfə  •  

2023-cü ildə bu ölkəni 20 ildə tamamilə dəyişən, gələcəyə daşıyan Prezident Rəcəb Tayyib Ərdoğanı yeni bir 20 il üçün prezident edəcəyik. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hər şeyi millətimiz üçün edirik.
 
Bu açıqlama ilə ölkənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum çıxış edib.
 
"İnşallah, 1,5 il sonra atacağımız addımlar və görəcəyimiz işlər ilə 2023-cü il xidmətlərimizi taclandıracağımız yeni bir zəfər ili olacaq. Baxın, biz millətə xidmət yolunda sevgi ilə işləyərkən bəziləri “vətən yandı, bitdi” deyib yalan, böhtan atır”, - deyə M.Kurum bildirib.