Bu gün:


Ukraynada vəziyyət daha da "partlayıcı" xarakter alır

Tarix: 12.12.2021 / 08:25  •   Oxundu: 89 dəfə  •  

Ukraynada vəziyyət həqiqətən də getdikcə daha da "partlayıcı" xarakter alır, lakin bu, ilk növbədə bəzi NATO ölkələrinin, xüsusən də Böyük Britaniyanın Kiyevə verdiyi məsuliyyətsiz və məhdudiyyətsiz hərbi dəstək fonunda baş verir.

İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

"Donbasda sülh yolu ilə nizamlanma istiqamətində irəliləyişin olmaması təəccüblü deyil, çünki Qərb açıq şəkildə bunda maraqlı deyil", - diplomatik korpusdan qeyd olunub.

Bildirilib ki, Moskva NATO-ya gərginliyi azaltmaq üçün dəfələrlə yollar təklif edib:
"G7 görüşü problemləri müzakirə etmək üçün bir fürsət ola bilərdi, lakin hələlik biz yalnız aqressiv şüarlar eşidirik”.