Çavuşoğlu: Karlovun ölümü bizi də kədərləndirdi
Tarix: 19.12.2021 / 11:22 •
Oxundu: 74 dəfə •
Rusiyanın Ankaradakı səfiri Andrey Karlov çətin dövrdə Rusiya-Türkiyə münasibətlərinə mühüm töhfə vermişdi.
İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “RİA Novosti”yə açıqlamasında deyib.
“Cənab Karlov Türkiyə-Rusiya münasibətlərinin çətin dönəmində mühüm rol oynamış təcrübəli diplomat idi. İşlədiyi müddətdə o, diplomatik ictimaiyyətdə sevilən, hörmətli diplomat olduğunu sübut etdi. Karlov iki ölkə arasında bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırmağa çalışıb və uğurlu fəaliyyəti ilə Türkiyə-Rusiya dostluğuna töhfə verib. Onun itkisi rus xalqı kimi bizim də xalqımızı və bütün ölkəmizi dərindən kədərləndirdi”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankaradakı sərgi zamanı öldürülmüşdü.