Rusiyaya qarşı İLK QƏTİ HƏMLƏ
Tarix: 23.12.2021 / 12:44 •
Oxundu: 158 dəfə •
NATO Rusiyanın Ukraynaya mümkün hücumuna qarşı ilk qəti həmləsini edib.
İDEAL Media.az xəbər verir ki, bu barədə “Alman Welt” qəzeti məlumat yayıb. Məlumata görə, NATO ordusunun tərkibindəki sürətli müdaxilə qüvvələri əməliyyatlara hazır vəziyyətə gətirilib. Qəzetin məlumatına görə, Çox Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu adlı dəstə 5 gün ərzində böhran bölgəsində yerləşməyə hazır olacaq. Məlumatda qeyd edilir ki, hazırda Çox Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu adlı dəstənin komandanlığı Türkiyədədir. Türkiyə bu səlahiyyəti Polşadan almışdı. Gələn ilin əvvəllərində isə bu səlahiyyət Fransaya təhvil veriləcək.
Fransız birliklərinin də hərbi əməliyyatlara 45 gün ərzində hazır olacağı bildirilir. Qeyd edək ki, Rusiya Krımı ilhaq edəndən sonra qurulan Çox Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupunda təqribən 20 min hərbçi yer alır. Qrup qısa müddət ərzində hazırlanaraq böhran bölgəsinə yerəşdirilə bilir.