Bu gün:


İranlı professor: “Biz dünyanın ən qəmgin və ən depressiv xalqıyıq”

Tarix: 26.12.2021 / 10:43  •   Oxundu: 84 dəfə  •  

Tehran Xarəzmi Universitetinin Ədəbiyyat və Humanitar Elmlər Fakültəsinin müəllimi Hüseyn Məhəmmədi deyib ki, biz dünya xalqları arasında ən qəmgin və ən depressiyaya məruz qalmış insanlarıq.
 
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, o, habelə bildirib: “2015-ci ildə həyata keçirilmiş şadlanma və sevinmə faktorlarının araşdırıldığı təhqiqata görə, İran 115 ölkə arasında 105-ci yeri tutub”.
 
Professor daha sonra söyləyib: “Sözügedən araşdırmadan təxminən 7 il keçir. Şübhəsiz son illərdəki iqtisadi və psixoloji təzyiqlərin artmasına diqqət yetrisək, İranın son sıralarda yerləşdiyini görərik. Biz hazırda dünyanın ən qəmgin və depressiv insanlarıyıq”.
 
Məsələ ilə bağlı İSNA-ya açıqlama verən Məhəmmədi sonda vurğulayıb: “Cəmiyyətimiz sevincini itirib. Son illərdə xalqın dözümlülük həddi olduqca aşağı düşüb. İnsanlar ən kiçik təhriklə belə bir-birilərinə qarşı aqressivləşir və səbrlərini itirirlər”.