Bu gün:


Yaponiyada güclü qar

Tarix: 26.12.2021 / 13:32  •   Oxundu: 73 dəfə  •  

Yaponiyanın sahil rayonlarını bürüyən güclü qar səbəbindən ölkədə 100-dən çox daxili aviareys təxirə salınıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Gecə saatlarında Niiqata prefekturasına təxminən 90 sm, Hokkaydo prefekturasına 40 sm hündürlüyündə qar yağıb. Bir sıra ərazilərdə küləyin sürəti saniyədə 35 metrə çatıb. Rəsmilər sahil və qonşu prefekturaların sakinlərini donmaq və yol qəzalarından qaçmaq üçün evlərini tərk etməməyə çağırıb.

Belə hava şəraitinin çərşənbə axşamıma qədər davam edəcəyi bildirilir. Bundan başqa soyuq hava kütləsi ölkənin içərilərinə də irəliləyə bilər.