Bu gün:


"Putin Ukraynanı Rusiyaya birləşdirəcək"

Tarix: 30.12.2021 / 08:03  •   Oxundu: 94 dəfə  •  

Rusiya ilə diplomatik qarşıdurmada Ukraynadan vasitə kimi istifadə edən Qərb ölkələri rus qoşunlarının hücumu zamanı onu tək qoyacaq.

İDEAL Media.az
xəbər verir ki, bunu ingilis jurnalist Rayan Kuper “The Week” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Prezident Putinin Ukraynaya hücumunun əsas səbəbi ABŞ və onun Qərbi Avropadakı əsas müttəfiqlərinin açıq-aşkar diplomatik səriştəsizliyi olacaq. O, həmçinin Qərbi Ukraynaya etinasızlıq göstərməkdə ittiham edib. Jurnalist deyib ki, ABŞ və Avropa Rusiyanın təxribatlarına qarşı Kiyevə silah və digər hərbi texnologiyalarla sponsorluq etmir.

Kuper bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya onun inkişaf üçün lazımi maliyyə resursları vermir və bu ölkəni öz siyasi orbitinə buraxmır. O, Ukrayna hələ də nə NATO, nə də Avropa İttifaqının üzvü olduğunu söyləyib.

Kuper vurğulayıb ki, təhlükəli rus millətçisi Putin Ukrayna ərazisini “tarixi Rusiyanın bir hissəsi” kimi görür və onun ələ keçirilməsi üçün pul xərcləməyə hazırdır.