Bu gün:


İstanbul-İrəvan reysləri fevraldan işə düşəcək

Tarix: 04.01.2022 / 12:30  •   Oxundu: 108 dəfə  •  

Türkiyənin “Pegasus” şirkəti İstanbul-İrəvan reysləri üçün Ermənistan Dövlət Mülki Aviasiya Administrasiyasına ərizə təqdim edib.
 
İDEAL Media.az
xəbər verir ki, aviaşirkət fevral ayında Türkiyədən Ermənistana uçuşlara başlamaq niyyətindədir.
 
Ermənistanın “Flyone Armenia” şirkəti də oxşar müraciətlə Mülki Aviasiya Komitəsinə müraciət edib.
 
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib ki, Türkiyənin “Pegasus” şirkəti fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün müraciət edib.
 
Onun sözlərinə görə, Mülki Aviasiya Komitəsinə yaxın müddətdə ərizəyə baxacaq.
 
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
 
Dekabrın 24-də məlum olub ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti də İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.