Bu gün:


İrəvanda Rusiya vətəndaşının meyiti tapılıb

Tarix: 08.04.2022 / 09:55  •   Oxundu: 57 dəfə  •  

 İrəvandakı mənzillərin birində Rusiya vətəndaşının meyiti tapılıb. Bu barədə shamshyan.com məlumat yayıb.
 
Bu gün saat 20:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin Milli Böhran Mərkəzinə və Mərkəzi Polis İdarəsinə Aqatanqeqos küçəsindəki mənzillərdən birinin sakininin zənglərə və qapının döyülməsi reaksiya verməməsi barədə siqnal daxil olub. 
 
Fövqəladə Hallar Nazirliyinin SS-nin xilasetmə işlərini həyata keçirmək üçün xüsusi təyinatlı dəstəsinin növbətçi qrupu qeyd olunan ünvana gəlib. İrəvanın mərkəzi polis idarəsinin növbətçi qrupu da əraziyə gəlib.
 
Xilasedicilər ev sahibləri və polis əməkdaşları ilə birlikdə qapını açıblar, mənzilin qonaq otağında şkafın yanında qarmaqda asılı vəziyyətdə meyit aşkar ediblər.
 
Saytın məlumatına görə, mərhumun 45 yaşı var və o, Rusiya Federasiyası vətəndaşı olub.