İtaliya və Böyük Britaniya müdafiə nazirləri Türkiyəyə gəldilər
Tarix: 08.04.2022 / 16:26 •
Oxundu: 81 dəfə •
Türkiyə, İtaliya və Böyük Britaniya müdafiə nazirləri bu gün üçtərəfli görüş keçirəcəklər.
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ev sahibliyi ilə İstanbulda baş tutacaq görüşdə İtaliya müdafiə naziri Lorenzo Guerini və Britaniya müdafiə naziri Ben Uolles iştirak edəcəklər.
Müdafiə və təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq görüşdə Ukrayna kontekstində baş verənlərin də müzakirə olunacağı gözlənilir.