Bu gün:


Kritik gəlişmə: Türk təyyarələri havaya qalxdı

Tarix: 27.11.2020 / 11:36  •   Oxundu: 276 dəfə  •  

Avropa İttifaqının (Aİ) “İrini” əməliyyatçı çərçivəsində Aralıq dənizində Türkiyə gəmisində qanunsuz axtarış aparmasından sonra Türk Silahlı Qüvvələrinin bölgədəki fəallığı diqqət çəkib.
Xəbər verir ki, “Roseline-A” gəmisində aparılan qanunsuz axtarışdan sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib.
Aralıq dənizindəki gücünü göstərən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “E-7T-Barış Kartalı” kəşfiyyat təyyarəsi bu su hövzəsinin şərqində fəaliyyətə başlayıb.
Digər yandan, Türkiyə Liviyadakı Vətiyyə hərbi hava bazasını da gücləndirməyə davam edir. Türk Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd “A400M” hərbi yük təyyarəsi bazaya üç uçuş həyata keçirib.