Bu gün:


Moskva yaxınlığında partlayış oldu...

Tarix: 11.04.2022 / 11:10  •   Oxundu: 58 dəfə  •  

Rusiya paytaxtı yaxınlıındakı Stupino şəhərində məişət qazının partlaması nəticəsində iki nəfər ölüb.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda  "RİA Novosti"-yə RF Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən bildirilib.
 
"Yeddi nəfər xəsarət alıb, onlardan ikisi ölüb", - idarənin məlumatında belə deyilib.
 
İlkin məlumata görə, fövqəladə olaya səbəb avadanlıqların nasazlığı səbəbindən qaz sızması olub. Əvvəlcə bir nəfərin öldüyü bildirilib.
 
Partlayış yerli vaxtla saat 5:54-də Sentralnı prospekti, ev 4 ünvanında yerləşən dördüncü mərtəbədəki mənzildə baş verib. İki mənzildə daxili arakəsmələr uçub, dördüncü və beşinci mərtəbələrdə xarici panellər dağılıb. Üçüncü mərtəbədə divarlar əyilib, pəncərələr sınıb, arakəsmə uçub.
 
Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına 59 nəfər və 20 texnika cəlb olunub. Moskva vilayətinin prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.