Bu gün:


Əminə xəyanət iddialarına belə cavab verdi

Tarix: 18.04.2022 / 10:28  •   Oxundu: 87 dəfə  •  

Dizayner Əminə Muaddi reper A$AP Rocky-nin müğənni sevgilisi Rihannaya onunla xəyanət etməsi barədə yayılan şayiələri təkzib edib.
 
Bu barədə o, sosial şəbəkə hesabında yazıb:
 
“Mən həmişə inanırdım ki, sosial şəbəkələrdə yayılan əsassız yalan izahat və ya təkzibə layiq deyil, xüsusilə də belə pis yalan. Əvvəlcə güman etdim ki, bu qərəzli, uydurma şayiəni heç kəs ciddi qəbul etməyəcək, lakin son sutka ərzində mənə xatırlatdılar ki, biz faktları öyrənməzdən əvvəl bütün mümkün sərhədlərdən asanlıqla keçərək bir şey haqqında mühakimə yürütməyə hazır olan cəmiyyətdə yaşayırıq. Hətta digər insan həyatının belə gözəl dövrünü yaşadıqda.
 
Ona görə danışmağa məcbur qaldım, axı bu, təkcə mənə deyil, həm də çox hörmət etdiyim və əziz olan insanlara aiddir. İndi Ri bəzənməyə davam edir və sakit hamiləliyindən həzz alır, mən isə öz biznesimlə məşğul olmağa davam edirəm. Hər kəsə xoşbəxt Pasxa arzu edirəm!”
 
Həmçinin məlum olub ki, A$AP Rocky və Rihanna müğənninin Vətəni olan Barbadosa yollanıblar. Cütlüyü Qrentli Adams beynəlxalq aeroportundan çıxarkən görüntüləyiblər.