Gözlənilən Donbas döyüşü başladı!
Tarix: 19.04.2022 / 10:32 •
Oxundu: 73 dəfə •
Nəhayət ki, başladı. Dünən gecədən başlayaraq Rusiya Donbasda bütün cəbhə boyu geniş miqyaslı hücuma keçib. Bu hücum üçün mindən artıq tank, yüzlərlə təyyarə, raket sistemləri və ağır artilleriya səfərbər olunub. Rusiyanın bura cəmləşdirdiyi heyətin sayı hələ ki, 80 min civarındadır. Bu döyüşdə Rusiyanın məqsədi :
1) Donbasın tamamını işğal edib, Donetsk və Luqanskı özünə birləşdirildiiyini elan etmək.
2) Ukrayna ordusunu sahədə əzib müqavimətini qırmaq və revanş imkanını qazanmaq. Əgər, Rusiya buna nail olarsa, Dneprin Şərq sahilinə qədər irəliləyib Ukraynanı iki yerə bölmək planı var.
3).Rusiya bu döyüşlərdə işğal edə biləcəyi ərazilərdən danışıqlarda Ukraynanın Donetsk və Luqanskıdan imtina etməsi şərti kimi istifadə etmək.
4) Donbası işğal ediləcəyi təqdirdə bunu Rusiya xalqına Putinin müharibədə qazandığı qalibiyyəti kimi təqdim etmək .
Ukraynanın Donbas döyüşündə məqsədi isə :
1) Müdafiə mövqeyində qalıb düşmənə maximum canlı qüvvə və texnika itkisi vermək.
2) Əgər hücumlar çox şiddətli olarsa, mərhələli şəkildə tədricən geri çəkilməklə və bu zaman böyük itkilər hesabına düşməni zəiflədib taqətdən salmaq.
3) Sonra isə zəifləmiş düşmənə qarşı əks hücum əməliyyatlarına başlamaq və Ukraynanın ərazi bütövlüyünü bərpa etmək. Bir çox məlumatlara görə Ukrayna Qərbdən aldığı ağır texnikanı buna görə aktiv döyüşlərə daxil etməkdə tələsmir.
4) Hətta bütün bunlar mümkün olmazsa belə, savaşı uzatmaqla daha uzun müddətə rusları hərbi baxımdan tükəndirib Əfqanıstan və Veytnam sindromunu yaşatmaq. Zelenskinin "lazım gəlsə 10 il də döyüşəcəyik" bəyanatı, məhz uzun müddətli savaşla düşməni hərbi baxımdan tükəndirməyə hazır olduqlarını da göstərir.
Bu gün ABŞ prezidenti Co Baydenin Donbas döyüşlərinə görə bir çox ölkələrin rəhbərləri ilə toplantı keçirəcəyi gözlənilir. Bu tontıya İngiltərə, Almaniya, Polşa, Fransa, Kanada, İtaliya, Rumıniya rəhbərləri, NATO-nun baş katibi və AB Şurasının prezidenti də qatılacaq. Gözlənilir ki, Ukraynaya daha böyük dağıdıcı gücü olan silahlar və texnikanın verilməsi qərara alınacaq. Xatırladaq ki, artıq Ukraynaya veriləcək silahlar haqda mətbuata açıq məlumat verilməməsi qərara alınıb və bu hərbi sirr kimi saxlanılacaq. Bu da onu göstərir ki, Qərb NATO arsenalında olan döyüşlərin nəticəsinə təsir göstərəcək cox güclü silahlar göndərməyə hazırlaşır.
Qələbə Ukraynanındır !
Slava Ukrayini !
Rüfət Kamil