Bu gün:


Mişanın anası brifinq keçirdi: Mənə xəstə olduğunu dedi

Tarix: 21.04.2022 / 08:52  •   Oxundu: 112 dəfə  •  

Bilirsiniz ki, oğlum faktiki olaraq deport edilib, vətəndaşlıqdan məhrum olub və Ukrayna vətəndaşı olmağa məcbur edilib.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Saakaşvilinin sağlamlıq durumu təhlükə altındadır:
“Oğlum bu günədək mənə səhhəti ilə bağlı heç nə deməyib. Lakin bu gün o, mənə xəstə olduğunu dedi. Oğlum Penitensiar Xidmətə müraciət edib ki, sağlamlıq vəziyyətinə diqqət yetirsinlər. Hələ heç bir reaksiya yoxdur”.

Brifinqin sonunda M.Saakaşvilinin standartlara uyğun xəstəxanaya köçürülməsinin tələb olunduğu müraciət oxunub və növbəti mərhələdə regionlarda və paytaxtda müraciət üçün imzaların toplanılacağı bildirilib.