Bu gün:


Türkiyə yunanların iddialarını rədd etdi

Tarix: 21.05.2022 / 07:43  •   Oxundu: 66 dəfə  •  

Yunanıstan qırıcılarının hava məkanımızı pozması hallarını kəskin qınayırıq.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

“Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları 16 may tarixində Gökçəadanın qərbində, 17 mayda isə Enezin qərbində hava məkanımızı pozmuşdur. Hava Qüvvələrimiz bu provokativ addımlara adekvat cavabı müvafiq qaydalar çərçivəsində 18 may tarixində verib”, - deyə sözçü bildirib.
O, eyni zamanda Yunanıstan XİN-in bu çərçivədə Ankaraya qarşı iddialarını da əsassız adlandırıb və rədd edib.