Bu gün:


Zelenski "Bayraqdar"ın əhəmiyyətindən danışdı

Tarix: 04.06.2022 / 07:12  •   Oxundu: 71 dəfə  •  

“Bayraqdar”, “Harpoon”, HIMARS, “Starlink”, “Javelin”, “Neptun”, “Jeşuv” və “Lend-liz” - sonuncu 100 günlük döyüş, diplomatiya və dəstəyi göstərir.

İDEAL Media.az
xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib.

O qeyd edib ki, ukraynalılar, 8 illik müharibədən sonra Rusiyaya qarşı genişmiqyaslı işğalın 100 günü boyunca üç söz - sülh, qələbə və Ukrayna uğrunda mübarizəni göstərirlər.

Prezident bugünkü müraciətində 24 fevral 2022-ci ildən leksikonda yer alan söz və anlayışları sadalayıb. Ümumilikdə prezident yeni Ukrayna tarixinin simvolu hesab etdiyi 100 sözü qeyd edib:
“2014-cü ildə Rusiya Ukraynaya “müharibə” sözü ilə gəldi və fevralın 24-də ona “tam miqyaslı” sözünü əlavə etdi”.
Onun sözlərinə görə, "Qostomel", "Axtırka", "Borodyanka", "Çerniqov", "Xarkov", "Xerson", "İzyum", "Melitopol" və "Azovstal" - sadəcə sözlərdən daha çox məna kəs bedir.

“Volnovaxa”, “Saltovka”, “Popasna” və “Severodonetsk” düşmənin silmək istədiyi sözlərdir, lakin Ukrayna tərəfi onları və “tribunal” sözünün yanında “Buça” və “Mariupol” sözlərini yazacaq", - Zelenski qeyd edib.