Bu ölkələr Lavrovun təyyarəsinə icazə vermədi
Tarix: 05.06.2022 / 21:25 •
Oxundu: 130 dəfə •
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Bolqarıstan, Şimali Makedoniya və Monteneqro üzərindən uçmasına icazə verilməyib.
Bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu ölkələr Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün hava dəhlizi verməkdən imtina edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək, səfər zamanı bu ölkənin prezidenti ilə görüş keçirəcək, xarici işlər naziri ilə danışıqlar aparılacaq.