Bu gün:


Rusiyanın ac əsgərləri Ukrayna itlərinin ətini yeyir

Tarix: 11.06.2022 / 07:59  •   Oxundu: 221 dəfə  •  

"Ana, tap, görüm, hansı heyvanın ətini yemişəm, sən beləsini heç vaxt yeməmisən?..
- Porsuq? Siçan? Siçovul?
 
- İt əti! Belə, pis deyil, normaldır, amma bərkdir..."
 
"Payoklarımız satılır, bizə yararsız konservlər, kök, kələm verilir, sanki donuz balalarını yemləyirlər..."
 
Ev heyvanlarının yeyilməsi işğalçılar üçün trendə çevrilib...
 
 
Rusiya komandirləri öz əsgərlərinin payokunu satır. Onun əvəzinə onlara keyfiyyətsiz borş və tərəvəz verilir. Döyüşçülər etiraf edir ki, it əti yeyirlər.
 
İDEAL Media.az
xəbər verir ki, bu barədə rusiyalıların Ukrayna Təhlükəsizlik Xidmətinin ələ keçirdiyi telefon danışıqları sübut edir.
 
Səs yazılarının birində rusiyalı həmsöhbətinə Ukraynada yeməyə heç nə olmadığından şikayətlənib.
 
"Baxın, konserv bankalar gətiriblər. Hansısa qəlyanaltıdır-kök, kələm...Biz dərhal onları atırıq. Tamamilə yararsızdır. Sanki donuz balalarına yem verilir. Bilmirsən bu nə borşdur...Payoklar hələ verilməyib. Harasa "sola" gedib. Satırlar", - hərbçi şikayətlənib.
 
Digər rusiyalı hərbçi anası ilə söhbət zamanı məlumat verib ki, payok verilmədiyindən it əti yeməyə məcburdur.
 
"Deyə bilərsənmi, hansı heyvanın ətini yemişəm, sən beləsini heç vaxt yeməmisən", - rusiyalı öz təəssüratlarını bölüşüb.
 
"Porsuq əti? Siçan əti? Siçovul əti?"- həmsöhbəti sualı cavablandırmaq istəyir.
 
"İt əti. Belə, pis deyil, normaldır...Doğrudur, bu ət bərk olur", - əsgər belə deyir, anasının ürəyi bulanır.
 
"Hər şeydən göründüyü kimi, ev heyvanlarının yeyilməsi işğalçılar üçün trendə çevrilib.
 
"Dünyanın ikinci ordusu" iflasa uğramaqda davam edir", - Ukrayna Təhlükəsizlik Xidmətində belə şərh edilib.