Bu gün:


Zelenskiyə indiyədək ən azı 10 dəfə sui-qəsd olub, amma Putinə baxanda o, toya getməlidir...

Tarix: 06.05.2022 / 17:23  •   Oxundu: 123 dəfə  •  

"Biz ailələrimizin, sadəcə, yanımızda, sadəcə, yaxında və hamının sağ olması kimi dəyəri anlamamışıq..."
 
 
Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə olaraq öz həyatına sui- qəsdlər barədə danışıb
 
 
Vladimir Zelenski onu artıq 10 dəfə öldürmək cəhdləri barədə informasiyaya sakit yanaşır.

İDEALMedia.az  xəbər verir ki, bu barədə o, Avstraliyanın "Nine Network" telekanalına müsahibəsində bəyan edib.
 
"Bu, o qədər də böyük rəqəm deyil, cəmi 10 nəfər bunu istəyirsə, o qədər də qorxulu deyil.
 
Mən düşünürəm ki, Rusiya prezidentinin bütün dünyanın ona qarşı  münasibətini nəzərə alsaq, daha çox problemləri var", - Zelenski deyib.
 
Ukrayna prezidenti qeyd edib ki, rusiyalı hərbçilərinin Ukraynanın dinc əhalisini ələ salması daha qorxuludur.
 
"Bizim indiyədək yaşadıqlarımıza və yaşamaqda davam etdiklərimizə, insanların zirzəmilərdə olmasına, onlara əzab verilməsinə, ukraynalıların quyularda tapılmasına baxanda düşünürəm ki, mənim vəziyyətim az- çox qorxulu deyil. Mən insanlarımızın, xüsusilə onların yaxınlarını itirən ailələrinin vəziyyətinə görə dəhşətə gəlirəm", - Zelenski deyib.
 
Jurnalist qeyd edib ki, hazırda Ukrayna prezidentinin adı bütün ölkələrdə səslənir və Zelenskidən onun dünyada populyar olmasını şərh etməyi xahiş edib.
 
"Mənim populyarlığım məni dəqiq ilhama gətirmir, çünki bu populyarlığın bədəlini bilirəm, bu bədəl- müharibədir", - Zelenski cavab verib.
 
Müsahibənin sonunda jurnalist Ukrayna prezidentinə belə sual ünvanlayıb: "Sizim üçün qələbə necə görünür?"
 
"Sadəcə, özümüzə məxsus olanın geri qaytarılması. Sadəcə, torpağımıza sakitliyin dönməsi. Sadəcə, insanların öz evlərinə qayıtması. Daha heç nə lazım deyil. Bizim dövlətimizə artıq şeylərin, artıq pulların lazım olmadığı kimi. Bizə artıq heç nə lazım deyil. Biz özümüzə aid olanları götürmək istəyirik. Hətta götürmək yox, - mən düzgün ifadə etmədim, - sadəcə, geri qaytarmaq istəyirik", - Zelenski deyib və qeyd edib ki, ukraynalılar öz vətənlərinə dönməyi çox arzulayır.
 
"Əgər Siz hazırda, məsələn, Almaniyada, Polşada, Rumıniyada, Britaniyada və ya başqa yerlərdə olan insanlarımızdan o dövlətdə qalmağı, yoxsa evinə- Volnovaxaya, Mariupola, Xarkova, Zaporojyeyə dönmək istədiyini soruşsanız, mən əminəm ki, onların əksəriyyəti cavab verəcək: "Mən evimizə dönmək istəyirəm".
Qələbə təxminən belə görünür: sən evində ailənlə bir yerdəsən", - Zelenski belə bir fikir söyləyərək əlavə edib ki, hazırda bir çox ukraynalıların prioritetləri dəyişib.
 
"Biz ailələrimizin, sadəcə yanımızda, sadəcə, yaxında  və hamının sağ olması kimi dəyəri anlamamışıq", - Zelenski sözlərinə yekun vurub.