Bu gün:


Türkiyənin mövqeyi gözlənilməz oldu - Stoltenberq

Tarix: 13.06.2022 / 21:07  •   Oxundu: 170 dəfə  •  

NATO Türkiyənin İsveç və Finlandiyanın Alyansa qoşulması ilə bağlı sərt mövqeyinə hazır deyildi.
İDEAL Media.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Əvvəllər İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesində hansısa problemin olacağına inanmırdıq. Hazırda hər iki dövlətin mümkün qədər tez bir zamanda NATO-ya üzv olmasını istəyirik”, - Y.Stoltenberq bildirib.