Bu gün:


Çavuşoğlu: Bizə inanmırsınızsa, onları dinləyin!

Tarix: 14.06.2022 / 08:57  •   Oxundu: 71 dəfə  •  

Kürd qardaşlarımıza ən çox ziyan verən, düşmən mövqe sərgiləyən PKK-dır.
İDEAL Media.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bəzən deyirlər ki, Suriyada YPG-dir, PKK-dan fərqlidir. Dolayısıyla “Biz onları terrorçu kimi görmürük” deməyə çalışırlar. Hazırda NATO-ya daxil olmaq istəyən iki ölkə də eyni sözləri deyir. Amma biz onlara izah edirik: PKK və YPG arasında heç bir fərq yoxdur, hər ikisi terror təşkilatıdır. Terror qrupları arasında sanki fərqlilik var imiş. Əgər kürdlərin haqlarının nə olduğunu öyrənmək istəyirsinizsə, o zaman Diyarbəkirdə anaları, ataları ziyarət edin. Bizə inanmırsınızsa, onları dinləyin”, - deyə XİN rəhbəri bildirib.