NAZİM İDEAL: Qanqster tapılmalı-cəzasını almalıdır !!!
Tarix: 14.03.2021 / 11:34 •
Oxundu: 403 dəfə •
Sifarişlə qətlə yetirilmiş hərbiçi Razim Telmanzadə olayı ilə bağlı, Prezident İlham Əliyevə təkrar müraciət edildi!
Müraciəti ixtisarla diqqətinizə çatdırıram:
Hörmətli cənab Prezident!
23 il əzab-əziyyətlə mükəmməl hərbiçi olaraq böyütdüyümüz Övladımız Razim Telmanzadəyə qarşı törədilmiş cinayət sifarişçinin arxiv yaddaşının maklaturasına çevrilə bilməz !
Biz doğrudanda hüquqi dövlətdə yaşayırıqsa İnsanlığa qarşı törədilmiş cinayət bu qədər adiləşməməli,qatillər tapılıb,layiqli cəzalarını almalıdır!
Hərbiçi Razim Telmanzadəyə qarşı törədilmiş cinayət hadisəsini araşdırıb,hüquqi qiymət vermək əvəzinə,sifarişçinin məkirli niyyətini dövlətimiz adına çamurlayan marginallar unutmamalıdır:
Hüquqi dövlət-özündə insan hüquqlarının sarsılmazlığının dövlət tərəfindən bəyan edilməsini,hüquq və azadlıqların təminatının əsas mexanizminin müəyyən edilməsini, dövlətin,onun orqanlarının,vəzifəli şəxslərin konstitusiya və qanunlar çərçivəsində fəaliyyəti vəzifələrinin konstitusiya vasitəsilə müəyyənliyini,məhkəmənin müstəqilliyinin konstitusiya prinsipini,digər qanunlara münasibətdə konstitusiyanın aliliyi prinsipini,həmçinin beynəlxalq hüquq normalarının milli hüquq normaları qarşısında üstünlüyü prinsipini təcəssüm etdirən sosial dövlətdir !
2015-ci ildən başlayaraq bu günə kimi cinayət hadisəsi üzrə, Sizə etdiyimiz yüzlərlə "şikayət"i,
İnsan hüquq və əsas azadlıqlarının təməl prinsiplərini siyasi sifariş,rüşvət,korrupsiya,məmur heyvərəliyi,anarxiya cəngəlliyi basdığından,oxunmur,oxunursa başa düşülmür,başa düşülürsədə? sərf etmir!
Razim Telmanzadəyə qarşı törədilmiş cinayət sifarişli olduğundan şəxsi nəzarətinizdə saxlamağa çox ciddi zərurət vardır deyə şikayətdə öz əksini tapmışdır!
Prezidentə edilən şikayət Baş prokurorluğa,ordan Abşeron Prokurorluğuna,ardıncada Sabunçu rayon Prokurorluğuna ötürülsədə 11 aydır ki,heç bir gəlişmə olmayıb.
Pirallahı rayonundan Sabunçu rayon prokurorluğuna transfer edilmiş İbrahim Ləmbəranski ilə əlaqə saxlamaq istədik.
Telefona cavab verən prokurorun köməkçisi dəftərxana ilə əlaqə saxladıqdan sonra,iş materiallarının prokurorun köməkçisi Azər İsmayılovda olduğunu bə onunla əlaqə saxlamağı bildirdi.
İki gün kabinetində olmayan Azər İsmayılov,Polisin köməkliyi ilə bizimlə əlaqə yaratması mümkün oldu.
Adının hallanmasını istəməyən cənab İsmayılov bu işin 125-ci maddəyə tövsüf edildiyini bildirərək,xitam edildiyini bildirsədə verdiyimiz suallar qarşısında çox vacib məqamların üstü açıldı və cinayət işini keçmiş Sabunçu rayon prokurorluğunun müstəntiqi,hazırda Baş prokurorluğun ittiham idarəsində işləyən Tural Abbasov tərəfindən "araşdırıldığı" məlum oldu.
Prokurorluq bu cinayət işini "özünü öldürmə həddinə çatdırma" (AR-sı CM-si.Maddə.125) maddəsinə hansı əsasla və necə tövsüf edə bilib???
Maddənin təsviri hissəsində bildirilir:
"Təqsirkardan maddi,xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə,onun ləyaqətini mütəmadi olaraq alçaltma,ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma-"
"İstintaq"sa hesab edib ki,1988-ci il təvəllüdlü Razim Telmanzadə,özündən 14 yaş böyük olan 1975-ci il təvəllüdlü Əsgərova Rəna Vaqif qızı ilə "sevgili" olublar.
Lap gözəl."İstintaqın sevgili" quraması özünü nə səbəbə intihar etsin ki?
Nə idi bu "sevgini"intihara sürükləyən?
Əvvala Razim Telmanzadə ailəli olub və ailə telləri çox sıxı mənəvi tellərlə bağlı olmaqla yanaşı,dünyaya gələcək uşaqlarının yolunu gözləyərkən,günlərini sayarkən,bu ortaya atılmış paranomiya hansı debilin məhsuludur?
Razimin və özündən 14 yaş böyük Masallı rayonundan olan "sevgilisi" Rəna ilə aralarında olan sıcaq münasibətlərdən hər iki tərəfin yaxınlarının məlumatı olub və bu barədə yazdıqları "izahat"larında bildirilib.
Bir Kişinin bir xanımla aralarında illərdən bəri yaşanan tantrik və ya mediativ əlaqələrdən sonra intihar etməsi kimi düşüncə ataloqsuz hüququn paranomik kəşflərindəndir.
Praktik-real olaraq o kəslər özünü intihar edə bilir ki,gənclər bir-birilərini sevirlər,lakin Valideyinlər bu izdivaca razılıq vermir !?
Və yaxudda xəyanət nəticəsində....!?
Bu məsələnin isə heç bir sevgi,xəyanət,istək məfhumlarına aidiyyatı belə yoxdur...
İkinci vacib və əsas məqam!!!???
Hər iki şəxs eyni qaydada,eyni iplərlə,eyni sayda kubiklərlə özlərini 2-ci sovxoz ərazisində yarımçıq binada intihar etmələri ziddiyətlidir.
Deməli,Razim 30 mart 2015-ci il tarixdə evdən çıxıb işə gedir.Lakin işdən qayıtmır və Rənanın yaşadığı Masallı rayonuna gedib,bir neçə gün onlarda qaldıqdan sonra,Bakıya dönürlər və 24 aprel
2015-ci il tarixdə asılı şəkildə nəşləri aşkarlanır!!!
Bu adamların belə bir niyyətləri var idisə niyə Masallıda deyil,məhz Bakıda hansısada uçuq yerdə reallaşdırırdılar!?
"İstintaq" nədən onların son telefon danışıqlarını ortaya çıxarmır???
4 gündən sonra, Razimin qayıtmamasından narahat olan ailə üzvülərinin 102-yə,rəsmi hüquq mühafizə orqanlarına etdiyi "şikayət"ə loyal yanaşılıb və 20 gündən sonra,24 aprel 2015-ci ildə yerləri təsbit edilir???!
Bildiyimiz qədər mobil telefonlarla istənilən şəxsin yerini və digər əməllərini təsbit etmək çətinlik yaratmır???
Niyə "istintaqçılar" bu işdən xəbəri olan,xüsusilə Razim Telmanzadənin dostlarını danışdırmayıb,izahatlarını almayıb???
Niyə? Abşeron və Sabunçu hüquq-mühafizə orqanlarının əməkdaşları Razim Telmanzadənin valideyinlərinə ajiotaj yaratmamalarından ötrü abstrakt təhdidlər,məchul istiqamətlərə yönləndiriblər????
Niyə? Nədən?
İtalyalı C.Bekkariya hələ 1764-cü ildə, "Cinayətlər və Cəzalar" məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onların cəmiyyətə vurduğu zərər müəyyənləşdirir".
Bu gün ortada bir açılmamış cinayət var ki,oda Razim Telmanzadəyə və yaxınlarına qarşı törədilmiş cinayətdir !
Nəzərə alsaq ki,Razim Telmanzadə həmdə hərbiçidir.
Ermənilər bir tərəfdən,ermənibaşlılarda bir tərəfdən hərbiçilərimizə qarşı genosid siyasəti həyata keçirməkdədir!
Mövzu diqqətimizdədir