Bu gün:


Dünyanın 55 ölkəsinin nümayəndəsi Ukraynanın tərəfində Rusiya ordusuna qarşı

Tarix: 14.06.2022 / 09:17  •   Oxundu: 72 dəfə  •  

Ukraynanın Beynəlxalq Müdafiə Legionunda 55 ölkənin nümayəndəsi xidmət edir.
Bu barədə Legionun spikeri Damien Maqru iyunun 13-də Kiyevdə keçirdiyi brifinqdə açıqlama verib.

“Bizim 50-dən çox ölkədən və millətdən nümayəndəmiz var. Sonuncu dəfə nəzərdən keçirəndə bu rəqəm 55 idi. Bizdə dünyanın hər yerindən, bütün qitələrdən, hətta Braziliya, Cənubi Koreya, Avstraliya kimi uzaq ölkələrdən nümayəndələr var”

Maqrunun sözlərinə görə, Beynəlxalq Legionun nümayəndələri arasında ən çox ABŞ və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edir, daha sonra Polşa və Kanada vətəndaşları, Finlandiya da daxil olmaqla Baltikyanı və Şimali Avropa ölkələrinin nümayəndələri gəlir.

Maqru vurğulayıb ki, Beynəlxalq Legion Ukrayna Silahlı Qüvvələrinin tərkib hissəsidir və buna görə də Ukrayna ordusu tərəfindən maliyyələşdirilir.
Mənbə: Ukrainskaya pravda