Bu gün:


Paşinyan millinin qarşısında gülünc vəzifə qoydu

Tarix: 16.06.2022 / 19:13  •   Oxundu: 72 dəfə  •  

Ermənistanın baş naziri Nikol Paşinyan futbol üzrə milli komandanın qarşısına gülünc vəzifə qoyub.
O, yığmadan 2050-ci ilədək dünya və ya Avropa çempionu olmasını tələb edib.

Paşinyan bu fikri UEFA prezidenti Aleksander Çeferin və FIFA rəhbəri Canni İnfantino ilə görüşündə səsləndirib.
Qeyd edək ki, Ermənistan millisi hazırda FIFA reytinqində 92-ci sırada qərarlaşıb.