Bu gün:


Zelenski ərzaq böhranını həll edəcək şərti açıqlayıb

Tarix: 19.06.2022 / 08:39  •   Oxundu: 70 dəfə  •  

“Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır – beynəlxalq vasitəçiliyin yardımı ilə Ukrayna limanlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək mümkün olan kimi dövlət dünyada ərzaq böhranına qarşı çıxmaq üçün hər şey edəcək”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.
 
“Mən cənubdan qayıdıram - Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz - hərbçilər, polislər, Milli Qvardiya, müdafiə qüvvələri ilə söhbət etdim. Onların əhval-ruhiyyəsi inamlıdır, hamısının qələbəmizə şübhəsi yoxdur. Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz Ukraynanın olacaq - təhlükəsiz olacaq”, - dövlət başçısı vurğulayıb.