"Putin qadın olsaydı, Ukraynaya müdaxilə etməzdi..."
Tarix: 29.06.2022 / 21:33 •
Oxundu: 77 dəfə •
"Əgər sizə zəhərli təsirə malik olan əzələ nümayişi lazımdırsa, Putinin Ukraynada etdiklərinə nəzər yetirin..."
"Rəhbər vəzifələrdə qadınlar çoxluq təşkil etməlidir"
Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Vladimir Putin qadın olsaydı, Ukraynaya soxulmazdı
İDEALMedia.az xəbər verir ki, bunu o, Elmau şəhərində G7 ölkələrinin sammitindən sonra Almaniya KİV-lərinə verdiyi müsahibəsində deyib.
"Əgər Putin qadın olsaydı,- aydındır ki, bu, belə deyil, - mən düşünmürəm ki, o, ağılsız hərəkət edərək, hərbi müdaxiləyə və zorakılığa "maço" ehtirası ilə yol verərdi", - o, belə deyib. - Əgər sizə toksiki təsirə malik əzələ nümayişi lazımdırsa, onun Ukraynada etdiklərinə nəzər yetirin".
O, həmçinin deyib ki, rəhbər vəzifələrdə qadınlar çoxluq təşkil etməlidir.
Baş nazirin dəftərxanası sonradan bəyan edib ki, belə şərhlər Putini alçaltmaq məqsədi daşımır.
"Britaniya ictimaiyyəti liderlərdən hər gün günahsız mülki şəxsləri qətlə yetirənə qarşı daha sərt münasibət gözləyir", - baş nazirin mümayəndəsi deyib.
Bu, Qərb liderlərinin Almaniyanın cənubunda G7 ölkələrinin üç günlük sammitinin başa çatmasından sonra baş verib.
Sammitin nəticəsi olaraq Qərb liderləri Putin və onun rejimi üçün Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən iqtisadi və siyasi məsrəflərinin artırılmasını vəd edib.
Sammit zamanı liderlər Putinin at üstündə çılpaq bədənlə fotoları barədə zarafatlar edib. Conson zarafatla G7 liderlərinə təklif edib ki, gəlin, birgə foto çəkdirək, "döş əzələlərimizi göstərmək" və bununla Putindən daha zirək olduğumuzu sübut edək.
"Böyük yeddilik" sammitindən sonra Conson Madridə NATO-nun sammitinə yollanıb, orada Rusiya tərəfinindən gələcək təhlükələrlə müttəfiqlərin necə davranması müzakirə ediləcək.
Madriddəki sammitdə Böyük Britaniya lideri alyansın müdafiə xərclərinin artırılmasını təklif etmək niyyətindədir.