Bu gün:


ABŞ Prezidenti: “Ukraynadakı savaşın tezliklə bitəcəyi gözlənilmir”

Tarix: 01.07.2022 / 11:59  •   Oxundu: 56 dəfə  •  

“Ukraynadakı savaşın tezliklə bitəcəyi gözlənilmir”.
 
Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
 
“Amma nə vaxtsa bitəcək. Ukraynaya dəstəyi davam etdiririk. Ölkəyə 800 milyon dolarllıq dəstəyimiz olacaq. Bura müxtəlif silahlar daxildir”, - o bildirib.