Bu gün:


NAZİM İDEAL: Dövlətə xidmət edə bilməyənlər, Vətəndaşlara xəyanət edirlər!

Tarix: 03.07.2022 / 11:55  •   Oxundu: 147 dəfə  •  

Özünü tanımayan, özünü həyatda təsdiq edə bilməyən,mənliyini və sürüntülü həyat kredosunu başqaları hesabına  sürüyənlər şərəfli ömür sürmək, ləyaqətli Vətəndaş  hissini duymaz.
De-fakto dövlətçilik İdealları, qanunçuluq bu və ya digər qaranlıq üsullarla vəzifə kuliarlarına pərçim edilmişlərin şəxsi obyekti kimi istismar edilməkdədir.
Vətəndaş onun təhlükəsizliyini, hüquqlarını dövlət adından qorumağa məsul edilmişləri ən böyük təhlükə hesab edir.
Vətəndaşın etmiş olduğu şikayətləri qanuni tədbir görməli olanlar bunu vəzifə borcu deyil, menyusu hesab edirlər....
Qəbul ediləcək qərarlar calaqçı,araçılar vasitəsilə ödəniləcək rüşvətin miqdarına uyğun tənzimlənir.
Bütün qəbul ediləcək qərarlar vahid mərkəzdən, ƏSAS  Qanun hesab edilən  "DOBRO"ya əsasən həyata keçirilir.....!?
Dövlət nəzarəti, Vətəndaş məmnunluğu "YOX" deyə biləcək dilləri kəsmək üçün mövcuddur.
 06.03.2014-cü ildə Azərbaycan Respublikası adından qəbul edilmiş "Qətnamə" hüquqi dövlət deyib 9 ildir ki, ədalət axtarır.
2020-ci ildə baş vermiş bir neçə oğurluq, quldurluq faktı üzrə başa çatmış cinayət işi Səbail,Sabunçu,Nəsimi Polis İdarələrində nakaut vəziyyətindədir.Hətta cinayətkar şəbəkə öz etmiş olduğu cinayətlərini yazılı formada etiraf etsələrdə belə rüşvət qanunları doğrayır.
Minlərlə bu cür faktlar arxivimizi bəzəyir.
Və başlıcası bütün bunlar barədə ölkənin Baş Prokurorluğu,Daxili İşlər nazirliyi, Ədliyyə nazirliyi Mənim qədər məlumatlıdır.
Lakin, tədbir görmək iqtidarında olan təsisat üzərinə düşən məsuliyyəti yerinə yetirmir.
Günbəgün narazılıqlar açığa vurur...
Narazı vətəndaş cəmiyyəti ona xəyanət etməyəcək dövlət qurumunun axtarışındadır.
Məhkəmə sistemi bir-birinin ağzına tüpürmək "islahatlarını" həyata keçirir.
Nəsimidə hakim Cəmilə Musayevanın çıxardığı qərarı Şərafət Məmmədova notarial təsdiq edibsə, onlardan yuxarı hesab ediləcək Ali Məhkəmənin hakimi iş materialları ilə tanış olmaq əvəzinə, işin mahiyyəti barədə məlumatı  bir telefon zəngilə Cəmilədən və yaxud da Şərafətdən öyrənir.
Bu ölkədə bütün "ədalətli qərarlar" bir telefon zəngilə həyata keçirilb,keçirilir....
Deməli hər gün İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının işğalı günüdür.
Dövlətə xidmət edə bilməyənlər Vətəndaşa xəyanət etməkdədir!