Belarus siyasi səbəblərdən dünya çempionatından məhrum edilə bilər
Tarix: 03.12.2020 / 12:47 •
Oxundu: 110 dəfə •
23-24 aprel 2022-ci ildə Belarusun paytaxtı Minskdə keçiriləcək idman yerişi üzrə komandalararası dünya çempionatının məkanı dəyişdirilə bilər.
Buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ötən həftə Belarus Milli Olimpiya Komitəsini (BMOK) Olimpiya Hərəkatının pozulmasında ittiham etməsindədir.
Belə ki, BMOK-un prezidenti Aleksandr Lukaşenko 2008-ci il Olimpiadasının dekatlon üzrə gümüş mükafatçısı Andrey Krauçenkoya qarşı siyasi motivlərdən istifadə etməsində günahlandırılır. Krauçenko yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı açıq məktub yazdıqdan sonra millidən qovulub, daha sonra Lukaşenkoya qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs edilib.
Qeyd edək ki, bu yaxınlarda Avropa Atletika Federasiyası komandalararası Super Liqanın Minskdən Polşanın Xojuv şəhərinə keçirildiyini açıqlayıb. Lakin səbəb kimi siyasi yox, Minskin texniki səbəblərdən yarışı keçirməkdən imtina etməsi göstərilib.