Bu gün:


Xəlilin SAHİBİ VARSA....

Tarix: 19.07.2022 / 00:37  •   Oxundu: 322 dəfə  •  

Ölkənin ən asan işə düzəltmə ünvanı Ədliyyə nazirliyi Penitensiar Xidmətidir. Yetərki saxta sağlamlıq arayışın və birdə tələb olunan rüşvəti ödəyəsən. Bu səbəbdən də bu sistemə soxuşdurulanların 90 faizində heyvani instinktdən başqa heç nə yoxdur.

İDEAL-a daxil olan səhih məlumata əsasən, ƏNPX-in 15 Saylı C.Ç.M-də xəlil adlı bir ədəd REKET var.
Bu müqəvva puldan ötrü uduza bilməyəcəyi heç nəyi yoxdur.
Neçə vaxtdır ki, istədiyi pulu qopara bilmədiyinə görə məhkum Süleymanov Pərvin Mövlud oğluna qarşı təxribat ssenarilərini həyata keçirməkdədir.


Qarşıdurma pik həddindədir.
Pərvin Süleymanov çıxış yolunu özünə əl qaldırmaqda görür və fiziki həyatı təhlükə altında olduğu bildirilir.
Xəlilin sahibləri ipini gödəltsə pis olmaz.Heç bir məhkum öz keyfilə və yaxud da sifarişlə ora düşməyib.Ona görə də onlardan aylıq rüşvət almaq heç bir hörmətə və nüfuza malik olmayan milli qanunlarda cinayət hesab olunur.

Hazırda 15 Saylı C.Ç.M-in rəisi İqbal Qənbərov, müavini Anar İsmayılovdur.

Mövzu diqqətimizdədir.

Polad Musayev