DƏLƏDUZLUĞUN ADMİNSTRASİYA VARİANTI
Tarix: 20.07.2022 / 12:18 •
Oxundu: 470 dəfə •
İDEAL.AZ xəbər verir ki, 7 saylı cəzaçəkmə müsəsisəsində cəza çəkən Vəliyev Asim İslam oğlu ilə bağlı yaranmış qalmaqal böyüməkdədir. Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, özünü Prezident Adminstrasiyasının əməkdaşı kimi təqdim edən Aysel adlı şəxs Big.az və Sonxəbər.az adlı saytların baş redaktoru imiş. Xanım qarşı tərəfdən yəni Asimanın valideynlərindən tələb olunan 2000 manat alınmasından ötrü 7 saylı cəzaçəkmə müəsisəsinin rəis müavini Kənan Orucovla ortaq imiş. İstəklərinə nəyin bahasına olursa - olsun çatmaqdan ötrü hətta Gəncənin deputatı Naqif Həmzəyevi də özlərinə ortaq etməyə müvəffəq olmuşlar.
Naqif Həmzəyev məhkumun özü ilə danışaraq, ona kömək edəcəyini də vəd etmişdir. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, “Prezident Adminstrasiyasının əməkdaşı” kimi özünü təqdim edən Aysel adlı şəxs hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Murad Şamilovla VVAQ qeydiyyatına düşmüşdür. Ayda ən azından 4 dəfə ailəvi görüşdə olurmuş. Hətta Asim Vəliyevə müştərək qaydada iftira kurijevaları düzənləyən 7 saylı cəzaçəkmə müəsisəsinin rəis müavini Kənan Orucov Murad Şamilova istehsalat sahəsində (“Promzon”) otaqla təmin etmiş bütün imtiyazlarla təchiz etmişdir.
Murad Şamilov bir zamanlar Space kanalında yayımlanan Toylar Kraliçası layihəsinin qalibi Zəminə Məmmədlinin qızı ilə evli olmuş və qısqanclıq zəmnində öz həyat yoldaşını qətlə yetirmişdir. Araşdırmamız davam edir.
İmza: Polad Musayev
