"Bu gün Putinlə balıq ovuna getmək olar, amma yalnız onu suda batırmaq üçün..."
Tarix: 30.07.2022 / 14:15 •
Oxundu: 121 dəfə •
"Quduz iti yuxuya verə bilmirsənsə, onu hirsləndirmək lazım deyil..."
"Biz ölkəmizidə vaxtı boş keçirməməli, ölkəmizi möhkəmləndirməklə məşğul olmalıydıq..."
Ukraynalı pediatr və teleaparıcı Yevgeni Komarovski deyib ki, heç vaxt Rusiya prezidenti Vladimir Putinlə balıq ovuna getmək istəməyib. Amma o, buna razı olsaydı, bir məqsədlə- "onu suda batırmaq üçün" edərdi.
Bu barədə Komarovski hələ 2018-ci ildə "QORDON" nəşrinə verdiyi müsahibəsində danışıb.
İDEALMedia.az xəbər verir ki, bu barədə o, "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana verdiyi müsahibəsində deyib.
"Bizim ölkələrimizdə-Ukraynada, Rusiyada, Belarusda bir-birinin ağzı-burnunu əzən kişilər bir şüşə araqla razılığa gəlib. Bu, həmişə müharibədən asan olub. Mən anlayıram ki, dediklərimdən sonra mənə qarşı pis sözlər yağdırılacaq, amma mən möhkəm əminəm ki, ilk edəcəyim o olardı ki, Putinlə balıq ovuna gedərdim. Və mən həm də əminəm ki, səhərisi gün Donbasda müharibə BMT-siz, sülhməramlılarsız və s. bitəcəkdi", - Komarovski deyib.
O, birgə balıq ovunda Putinlə necə davranacağı barədə suala birbaşa cavab verməyib, deyib ki, "bu, bizim onunla problemlərimizdir".
Batsman xatırladıb ki, o zaman Komarovskinin sözləri rezonans doğurub və soruşub: "Necə hesab edirsiniz, hansısa yolla razılığa gəlmək olardımı? Bunu necə etmək olardı? Yoxsa onu qayıqda boğub öldürmək lazım idi?"
"Kimsə mənə təzyiq etmək istəyib. Amma məsələ heç bunda da deyil. Mən həqiqətən öz mövqeyimi izah etmişəm. Çünki, Alesa, bu məsələ çoxlarını maraqlandırır.
"Siz əvvəlkitək Putinlə balıq ovuna getmək istəyirsniz?"
"Mən onunla balıq ovuna getmək istəməmişəm! Aydın oldumu? İndi də istəmirəm. Və bu, ayrıca mövzudur. Mən hesab etmişəm və hesab edirəm ki, biz öz ölkəmizdə vaxtı boşuna keçirməməliydik, öz ordumuzu yaratmalıydıq, korrupsiya ilə mübarizə aparmalıydıq, ölkəmizi möhkəmləndirməliydik...
Bunun üçün isə bizə zaman lazım olub. Ona görə də quduz iti qıcıqlandırmaq lazım deyildi. Əgər sən quduz iti yuxulada bilmirsənsə, onu hirsləndirmək lazım deyil, onun üçün informasiya şəkilləri çəkmək lazım deyil. Onun başını qatmaq, vaxtı uzatmaq lazım idi. Aydındırmı? Lakin mən onun balıq ovunda diqqətini yayındırdığım zaman siz burada, ölkədə oğurluq edənlərin, silah satanların, ordunu dağıdanların, əsgər və zabitləri yoxsul vəziyyətdə olanların
arxalarını divanlardan ayırmalı olacaqdınız...Bax, siz bu işlə məşğul olacaqsınız", - Komarovski deyib.
O, vurğulayıb ki, balıq ovu onun üçün müqəddəs məşğuliyyətdir, bu ova yalnız oz ən yaxın dostları ilə gedir.
"Mən hətta bundan imtina edib bu yaramazla danışardım...O, DTK-çı kimi insanlara müəyyən təsir etmək texnologiyalarına malikdir. Elə mən də...Sən də məninlə ünsiyyətdəsən, eləmi? Sən bilirsən ki, mən də insana təsir edə bilərəm. Ola bilsin ki, mən onu orada, qayıqda boğub öldürməyəcəyəm. Ola bilsin ki, onun özü mənimlə görüşdən sonra özünü suya atıb batıracaq. Siz ki, mənim onunla nədən danışmaq istədiyimi bilirsiniz", - Komarovski deyib.
"Yaxşı. Bu gün Siz bu faşist Putinlə balıq ovuna gedib, onu orada batırardınızmı?"- Batsman yenidən sual verib.
"Bu gün onunla balıq ovuna getmək olar, amma onu suda batırmaq üçün. Başqa vəzifə, sadəcə, yoxdur. Vəssalam", - Komarovski cavab verib.
Pediatr danışıb ki, yaxın dostu uzun illər ruhi xəstəxanada "ən azğın dəlilər şöbəsində" tibb qardaşı işləyib və onunla öz işi barədə danışıb.
"O, mənə azğın dəlinin hücum etdiyi zaman onu sakitləşdirmək üçün bir neçə zərbəni göstərib...İndi mən də onu əbədi sakitləşdirmək üçün ona necə zərbə vurmağı bilirəm. Mən Sizin sualınıza cavab verə bildimmi?" - Komarovski deyib.