Bu gün:


"Rus faşistlərinin vəhşiliklərini haqqında bütün dünya bilməlidir"

Tarix: 10.05.2022 / 12:19  •   Oxundu: 161 dəfə  •  

"Kadırovçular o qədər insan qətlə yetirilib ki, qan torpağa da hopa bilməyib, eləcə donub qalıb..."

 
"Bu gün süzgəc düşərgələrində 20 mindən artıq ukraynalı saxlanılır, təxminən 1, 2 milyon ukraynalı isə zorən Rusiya ərazisinə deportasiya edilib"
 
Dünya rus faşistlərinin vəhşilikləri barədə bilməlidir və biz bu barədə danışacağıq ki, Rusiya Federasiyası elitasına sanksiyalar təzyiqini gücləndirək.
 
İDEALMedia.az  xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Lüdmila Denisova bəyan edib.
 
Denisova nədən rusiyalı əsgərlərin Ukraynada törətdikləri cinayətlər barədə indi danışmağın vacib olduğunu izah edib.
 
"Mənim imkanım olsaydı, bu gün bildiklərim tarixçələrin heç birisini xatırlamazdım. Lakin mən hesab edirəm ki, dünya rus faşistlərinin vəhşilikləri barədə bilməlidir. Və biz bu barədə danışacağıq, bütün dövlətlərin vətəndaşlarına çatana qədər təkrarlayacağıq ki, onlar bizə silahlar versin, Rusiya elitasına qarşı sanksiyaları gücləndirsin, bu müharibəyə son qoysunlar. Mən KİV- lərə minnətdaram ki, bu mövzunu daim qabardırsınız.
Bəli, mən bu tarixçələr barədə daima danışıram, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərimdə onlara deyirəm. Amma danışılan istənilən tarixçə gerçəklik qədər zərər vurmur", - Denisova vurğulayıb.
 
Daha sonra müvəkkil Rusiya ərazisinə deportasiya edilən ukraynalılardan danışıb.
 
O, məlumat verib ki, rusiyalı işğalçıları tərəfindən təxminən 1, 2 milyon ukraynalı zorla Rusiya ərazilərinə deportasiya edilib.
 
"Süzgəcdən keçməyənlər məcburi şəkildə Rusiyaya deportasiya edilib. Çünki, FSB- nin fikrincə, onlar çox şübhəli adamlardır, Ukrayna ərazisində aparılan "xüsusi əməliyyat"a qarşıdır, ona görə də deportasiya edilməlidir.
Bu günə qədər onların sayı 1 milyon 185 min nəfərdir, o cümlədən 200 mindən artıq uşaq deportasiyaya məruz qalıb.
 
Müvəkkil qeyd edib ki, süzgəc düşərgələri Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal edilən ərazilərində yerləşir və bu düşərgələrdə 20 mindən artıq ukraynalı saxlanılır.
Belə düşərgələrə o cümlədən Mariupol şəhətinin sakinləri yerləşdirilib.
 
Müvəkkil Kiyev vilayətinin rusiyalı işğalçılardan azad edilməsindən bir gün sonra gördüklərindən də danışıb.
 
"Kadırovun yuvasını gördüm...İnsanlar belə yaşaya bilməz. Onlar heç müvəqqəti olsa da belə yaşaya bilməz. Bu binada əvvəllər insanlar yaşayıb, nə zamansa burada stomatoloji, ginekoloji kabinetlər olub. Sonra orada kadırovçular yaşayıb, yeyib- içib, bağışlayıb məni, fizioloji tələbatlarını ödəyiblər. Elə oradaca bizim insanlara əzab veriblər. Hamısı bir məkanda baş verib. Sən oraya daxil olursan və əzab verilmiş insanların qanını görürsən. Onlar adi insanlara əzab verib. Sonra da aparıb binanın küncündə qətlə yetiriblər...
Bilirsinizmi, onlar orada o qədər insanı qətlə yetirib və əzab verib ki, qan torpağa da hopmayıb, eləcə donub qalıb...Bu, böyük qan ləkələri və gölməçələr olub...Bunu təsəvvür etmək mümkün deyil", - Denisova təəssüratlarını bölüşüb.