Bu gün:


Azərbaycan nefti ucuzlaşdı

Tarix: 11.08.2022 / 11:22  •   Oxundu: 92 dəfə  •  

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
ABŞ-da ehtiyatların rekord səviyyəyə çatması haqqında xəbərlər nefti ucuzlaşdırıb.
 
Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,38% ucuzlaşaraq 1 bareli 97,03 ABŞ dollarına satılıb.
WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,41% aşağı düşərək 1 bareli 91,55 ABŞ dolları təşkil edib.
 
Ucuzlaşmanı şərtləndirən amil ABŞ-da statistikanın açıqlanmasıdır. Belə ki, avqustun 5-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 5,5 milyon barel, yaxud 1,3% artaraq 432 milyon barelə çatıb.

"İdeal media" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,36 ABŞ dolları və ya 2,4% azalaraq 96,55 dollar təşkil edib.