Bu gün:


NAZİM İDEAL: Dövlət o vaxt güclüdür ki, Vətəndaşın xüsusi maraqları onun ümumi məqsədi ilə birləşir!

Tarix: 13.08.2022 / 23:21  •   Oxundu: 167 dəfə  •  

Dövlətimizə,Dövlətçiliyimizə,Xalqımıza və onun Dəyərlərinə ən böyük təzyiq məhz dövlət içərisində öz mənfur və məkirli kriminal dövlətini qurmuş məmurlardır.

Onlar bilərəkdən və qəsdən bu gün ki həssas məqamlarda belə öz despot mahiyyətlərindən əl çəkməyərək qanun-insan alverlərilə məşğuldurlar!
Özləri rüşvətxor,övladları saxta diaqnozlar üzrə fərari ola-ola dövləti təsisatlarda təmsil edilməklə ermənilərdən heç də geri sayılmayan sərhədsiz cinayətlərinə aram vermirlər....

San ki, rüşvət konveyerləri dayanmaqla arxalarına arxa olan köstəbəyin qəzəbindən qorxurlar.

Ramiz Mehdiyevin dönəmində baş prokuror qaralov zakiri haqqı deyənlərin üzərinə fısqırdırdılar.

Deputatların arvadlarından,qızlarından ibarət 99432 saylı qondarma "cinayət işi" düzənləyərdilər....

MTN-in istintaq idarəsinin rəisi GENERAL  Mövlam Şıxəliyev və dəstəsi məhkəmə zalında etiraf etdikləri kimi:  "qaralov zakir deyirdi tut tuturduq.Tələb olunan pulu aldıqdan sonra usubov rüstəm deyirdi burax buraxırdıq."...

Ermənilərlə bunların fərqi nədir ki????
Öz Xalqından pula görə, doğru söz ifadə etdiyinə görə şərləmələr seriyası...
Bir məqamı isə xüsusilə qeyd etməliyəm ki, artıq ən gerizəkalı adamlar belə Sosial Media üzərində kimin hara,kimə xidmət etdiyini anlayırlar!

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin  rəisi General-Leytenant cənab Ceyhun Həsənovun, Penitensiar Xidmətin rəisi General-mayor cənab Oqtay Məmmədovun, Ədliyyə Polkovniki Dəyərli Mirsaleh Seyidovun diqqətinə çatdırıram ki, Penitensiar Xidmət barəsində qurucusu olduğum Xəbər Portallarında, Youtube kanalında, Səhifələrimdə gedən materiallar özümədə xoş deyil.

Sizlərdən özümə qarşı bu və digər şəkildə hörmət görmüşəm.

Amma, ancaq, lakin Şamaxının Dağ Bağırlı kəndindən 1-ci qrup əlil Qəfərov Cavad kişi övladı hazırda 2 saylı C.Ç.M-də cəza çəkən oğlu Rusifin həbsxanada bir neçə xəstəliyin daşıyıcısı olmasıyla bağlı söylədiklərini eşitmək Mənə çətin gəlir....

Əslən Bərdədən olan Məmmədova Svita Knyaz qızının astma xəstəsi olan əlil qızı Fəhimi Təranəyə qarşı qadın şöbəsinin rəisi zəli səadət əzizovanın repressiv davranış və təhqirləri;
Hazırda Şəki Penitensiar Xidmətində cəza çəkən Şair Fərəcov Kamil Güləsəf oğluna qarşı rəis fərhadın və əməliyyat şöbəsinin rəisi elxanın yekəbaşlıqları;
7 Saylı c.ç.m-də cəza çəkən 1993-cü il təvəllüdlü Əliyev İsmayıl Namiq oğlunun 1500 manat  kafe borcuna görə rəis müavini kənan orucovun reketlik davranışları;
7 saylı c.ç.m-də cəza çəkən Qayıbov Bəxtiyar İntiqam oğlundan tələb olunan 2.500 manatın 1200 manatını  verə bilmədiyinə görə yenidən Qobustan Qapalı həbsxanasına atası ömürlük məhkum İntiqam Qayıbovun yanına qaytarılması;
Qobustan Qapalı Həbsxanasında zülm çəkən Allahverdiyev Vəli Əli oğlunun nəfəs alma probleminə görə  MM-in baş suteneri ("baş həkim") cəlilov nicat vidadi oğlu tərəfindən icarə haqqına görə incidilməsi, pritona buraxılmaması....

Bilinsin ki, Vəli Allahverdiyevin anası Telnaz Allahverdiyeva Prezident İlham Əliyevin gəlib-getdiyi yolları təmizləyən hicablı Xanımdır və Onun istəyi övladının  2-6-17 saylı cəzaçəkmə müəssisələrinin birində işgəncəsiz cəzasının qalan hissəsini çəkməsidir...

Bu siyahını 1000-ə qədər uzada bilərəm....

Bu İnsanlar hər gün İDEAL Partiyasına gəlir və ümid ünvanı olaraq məhz Bizi görürlər.

Hakimiyyətdəki ramiz qalinayanlının sutener uzantıları, Ədalətsiz Vəliyev və onun klonları İDEAL Partiyasının qeydiyyata alınmaması üçün pişik günellik etsələrdə, XALQ  BİZİ  TANIYIR, İNANIR,GÜVƏNİR....!

Onları anlayıram nə etsinlər....
Xalqın düşdüyü problemləri işıqlandırmalı olan təsisatlar xiyarla, sözlərini deməli olanlar yaltaqlıqla, ictimai komitə-şura adlı truppa yalla yüklü edildiyindən bütün ünvanlar tıxacdır.

Bu problemlərin bir hissəsi sırf Sizin dispozisiyanızı əhatə edir. Bir hissəsi isə boğazından əbədəlik asılı qalmış ağxalatlı spit Səidə Məmmədova, Kəmalə Əliskəndərova, Sevinc Məmmədova,Maral Quliyeva, Səadət Əzizova, Gülbahar İbrahimova, Tünzalə Vahabzadə, Leyla Quliyeva...olan sutener general rəfail mehdiyevdən asılıdır.

De-fakto sutener general rəfail mehdiyev və onun böyründə gəzdirdiyi iftixar qurbanov məhz Penitensiar Xidmətin rəis heyətinin vassalı, satelliti,lakeyi olduğunu bilirəm.

Başlıcası bu kimi həlli asan və vacib olan problemlərin üst-üstə qalaqlanması gərginliklərin bi azda artmasına, Dövlətçilik İdeallarına böyük zərbələrin elementlərindəndir.

MM-də 500 nəfər şəxs saxlanılır.Onlardan 400 nəfərinin heç bir xəstəliyi yoxdur və icarə haqqını ödəyib kef çəkirlər...
100 nəfəri bir neçə xəstəlikdən əziyyət çəkən xalis xəstələrdi.Onlarsa tələb edilən rüşvəti çatdıra bilmədiklərindən butulka yanlarından asılı şəkildə yatab üstdədirlər!