Bu gün:


XƏTAİ XANI ÇƏPƏRXAN XALQI VƏ QANUNLARI NƏ ZAMAN TANIYACAQ?

Tarix: 16.08.2022 / 11:48  •   Oxundu: 120 dəfə  •  

Polad Həşimovun adını daşıyan küçədə hasar alveri

Xətai rayonu Polad Həşimov küçəsi ( Naxİmov  ) 2-ci  döngə 114 C ünvanında yaşayan QasImov Gülnab Muxtar qızına mülkiyyət hüququ ilə  məxsus olan mənzil qonşusu,əslən Laçın rayonundan olan Abbasov Şərif Məhərrəm oğlunun direktivləri üzrə Xətai rayonu İcra Hakimiyətinin yerli nümayəndəliyi, mənzil istismar sahəsinin rəhbərliyi Xətai rayonun 35-ci polis şöbəsinin rəhbərliyinin, sahə müvəkkilinin korporativ maraqlara xidmət edən razılıq və xeyir duaları ilə hasarla ilhaq edilmiş və mülkiyyət hüquqi deformasiyaya uğradılmışdır.

Əsas qanun hesab edilən konstitusiya ilə tanınan mülkiyyət hüququ (maddə : 13-29-33-43) müddəalları Polad Həşimov küçəsi ikinci döngə 114 C ünvanı türməni xatırladır.Vətəndaş Gülnab Qasımova və azyaşlı nəvələri Allahın verdiyi havanı udmaqdan ötrü vacibdir ki, küçəyə çıxıb nəfəs alsınlar.

Rüşvət və korrupsiya sahəsində dövlətin ali məqsədini, insan və vətəndaş hüquq və əsas azadlıqlarını işğal etmiş cinayət faktı üzrə vətəndaş Gülnab Qasımova Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi naziri Əli Nağıyevə, Bakı Şəhər meri  Eldar Əzizova etdiyi yüzlərlə müraciət SOBATAJ   KARUSELİNƏ  mindirilib Xətai rayonun icra hakimiyyəti aparatının rüşvət cəlləyində qıcqırıldılmaqdadır.

Prezident İlham Əliyev  dəfələrlə xalqın bir nömrəli xidmətçisi  olduğunu bəyan edib.

Bəs görəsən xətai rayon icra başçısı Çəpərxan oğlu özünü  nə hesab edir? 

Mövzu diqqətimizdədir.

Polad  Musayev