Bu gün:


“Azəriqaz” Qazidən rüşvət tələb edir...

Tarix: 19.08.2022 / 17:21  •   Oxundu: 113 dəfə  •  

Qarabağ Qazisi və hazırda Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində yaşayan İsmayıllı Qalib Zəlimxan oğlu Prezident İlham Əliyevə müraciət edərək, evinə çəkilməsi üçün tələb olunan rüşvətin verilməsi üçün köməklik edilməsini xahiş etmişdi.

Qarabağ Qazisi Qalib İsmayıllı şikayət ərizəsində göstərir ki :” 5 nəfər ailə üzvümlə adı çəkilən ünvanda yaşayırırıq. Ayda 80 manat müavinat alıram.Mənzilimizə qaz xətti çəkilməsindən ötrü “Azəriqaz” rəhbərliyi Ruslan Əliyevin tələb etdiyi bütün sənədləri təqdim etsək də, son nəticədə tələb olunan 1000 (min) manat rüşvəti ödəmək imkanımız xaricindədir... “
 
Polad Musayev