Bu gün:


Hüseynbala Mirələmovun restoranında ÖLÜM

Tarix: 29.08.2022 / 15:53  •   Oxundu: 235 dəfə  •  

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
Hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb. 
Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.