Bu gün:


Rüşvətə hamilə qalmış "Azərsu" ASC...

Tarix: 02.09.2022 / 11:00  •   Oxundu: 174 dəfə  •  

Oqtay Əsədovun ideyaları Qorxmaz Hüseynov,Köçərli Həsənov tərəfindən uğurla davam etdirilməkdədir.

Rüşvət, saxta durba, qohumbazlıq, qapı döyüb dilənçilik etmə, "moyka" və.s, islahatları sözün tam mənasında analoqsuz şəkildə inkişaf etməkdədir.
Prezidentin ard-arda  "Bakı və Bakı ətrafı kənd-qəsəbələrin su-qaz-işıqla təminatı" barəsində imzaladığı  Sərəncamları öz ətrafları arasında həzm rabedən keçirilmişdir.

Abşeron rayonu Fatmey bağları, Görədil kəndində bunu açıq aşkar görmək olur.
Yalnız və yalnız iribuynuzlu korrupsioner məmurlara məxsus qəsrlərdə Prezidentin Sərəncamının işığı yanır.
Digər sakinlərsə Sərəncamın qaranlıqdan işığa çıxacağı günü 25 ildir ki, gözləməkdədir.
Bu ünvanlarda hektarlar içərisində dəyəri 100 milyonlarla ölçüləcək qəsrlərdə çal-çağır edən niaqaralarla yanaşı, bir ovuc içməyə SU həsrəti çəkən ailələr onlarladır...
Qəribəsi budur ki, bunları edənlərin hamısı Prezident İlham Əliyevin çox yaxın ətraflarıdır....
Prezidentin köməkçisi Zeynal Nağdəliyevin qonşularıdır.

Polad Musayev